Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Ermənistana qaytardığı hərbçilər istintaqa cəlb olunub



Newscenter.az.8.02.2022. Azərbaycanın humanizm prinsipini rəhbər tutaraq fevralın 8-də Ermənistana qaytardığı 8 hərbçi barədə İrəvanda istintaq araşdırması başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Məlumata görə, hərbçilərin dindirilməsi 7-8 saat çəkib. Onların valideynləri buna etiraz ediblər və İstintaq Komitəsinin pəncərələrini sındırmağa çalışaraq binaya ziyan vurublar.

Bildirilib ki, İrəvana qayıdan 8 hərbçidən 6-sı artıq sərbəst buraxılıb. Digər iki nəfərin işi isə hərbi polisə tapşırılıb.
Xəbəri paylaş