Bakıda 15 yaşlı qız uşaq dünyaya gətirib, özü və körpəsi ölüb
Tarix: 8-02-2022, 10:59
Newscenter.az.8.02.2022. Bakıda yeniyetmə qız uşaq dünyaya gətirib, sonra özü və körpəsi ölüb.
"Report"un əldə etdiyi məlumata görə, hadisə 3 saylı Şəhər Klinik Xəstəxanasında qeydə alınıb.
Belə ki, 15 yaşlı G.B. və dünyaya gətirdiyi uşaq ölüb.
Araşdırmalar nəticəsində G.B.-nin əvvəllər 28 yaşlı Mayıl Hadıyevlə qeyri-rəsmi nikah münasibətlərində olması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, M.Hadıyev saxlanılıb.