Newscenter.az.8.02.2022. Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Bəsti Bağırova küçəsində asfaltlanma işləri aparır.
Newscenter.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, aparılan işlər çərçivəsində küçəyə 1 100 p/metr uzunluğunda yeni səki daşları düzülüb, 8 390 kv.m sahədə yeni piyada səkiləri yaradılır, 6 530 kv.m sahədə asfaltlanma işləri görülür.
Səth sularının kənarlaşdırılması üçün mövcud kanalizasiya sisteminin bərpa olunub, yeni yağış barmaqlıqları, kommunikasiya xətlərinin 78 baxış qapağı yenilənəcək.
Son mərhələdə küçə zəruri yol nişanları, üfiqi nişanlanma xətləri, piyada zolaqları və xüsusi parkinq yerləri ilə təmin olunacaq.
Yenidənqurma işləri Məhəmməd Naxçıvani, Giləzi, Murtuza Muxtarov, Cabbar Qaryağdıoğlu, Mirzə Fətəli Axundov və Mustafa Sübhi küçələrində də aparılacaq.
2019-2021-ci illərdə Yasamal rayonunda 20 km-dən çox uzunluğa malik küçə əsaslı şəkildə təmir edilib.
Sevinc