Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəzi tanınmış şəxslərin mediaya qarşı “səlib yürüşü” elan etməsi absurddur



Newscenter.az.8.02.2022. "Milli Məclisin deputatı Cavanşir Feyziyevin jurnalistlərin ünvanına təhqir dolu açıqlamasına heç bir halda haqq qazandırmaq olmaz".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, Mətbuat Şurasının üzvü olan bir şəxsin əlində tutarlı dəlil-sübutlar olmadan bir sıra jurnalistləri “xaricə işləməkdə” ittiham etməsi, nüfuzlu jurnalistlərin barəsində təhqiramiz ifadələr səsləndirməsi olduqca xoşagəlməz haldır:

"Yaxşı ki, bu deputat sonradan öz səhvini qismən də olsa etiraf etdi və Mətbuat Şurasından istefa verdi. Ancaq daha yaxşı olardı ki, belə bir hadisə ümumiyyətlə heç baş verməsin. Medianın sayəsində cəmiyyətdə söz sahibinə çevrilən bəzi tanınmış şəxslərin bəd ayaqda mediaya qarşı “səlib yürüşü” elan etməsi həqiqətən də absurddur".

Mehman
Xəbəri paylaş