Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İdarəetməni itirən deputatın parlamentə qapıları qapanmalıdır



Newscenter.az.7.02.2022. "Millətin vəkili statusunu qazanmış bir şəxs həm davranış qaydaları ilə həm atdığı addımlarla, həm insanlarla ünsiyyətdə mütləq nümunəvi davranmalıdır. Çox təssüflər olsun ki, Cavanşir Feyziyev adlı deputat bütün bu sadaladığımız dəyərlərdən uzaq bir şəxs kimi özünü aparır. Əslində, görünən odur ki, o öz idarəetməsini itirib".

Newscenter.az xəbər verir ki, bu fikirləri Dirçəliş və Tərəqqi Partiyasının sədri Ramil Hüseynov səsləndirib. Partiya sədri deyib ki, idarəetməni itirən bir deputata, Azərbaycanın adını dövlət olaraq beynəlxalq səviyyədə neqativ proseslərlə gündəmə gətirən bir deputata parlamentin qapıları qapanmalıdır:

"Parlamentdə belə deputatlar heç də az deyil. İdarəetməni tez-tez itirənlər mütləq qəza törədirlər və bu qəza da dövlətimizin imicinə zərbələr vurur. Bu şəxslərin parlamentdə təmsilçiliyi tamamilə bizim milli maraqlarımıza ziddir. Ona görə parlament rəhbərliyindən xahiş edirik ki, Cavanşir Feyziyevin məsələsinə milli məclisin nizamnəməsinə və əsasnaməsinə uyğun olaraq baxılsın və qərar verilsin".

Ramil Hüseynov deyib ki, heç kimsə qazandığı səlahiyyətləri ilə vətəndaşların hüquqlarını poza bilməz:

"O zaman bizim qanunlarımız və dövlətin etimadı sarsılır. Lütfən bunları nəzərə alın. Azərbaycan mətbuatının tanınmış simalarından olan Əvəz Zeynallı, Rauf Arifoğlu, Zaur Qəriboğlu, Elçin Zahiroğlu, Elnur Məhərrəmli və digərlərinə qarşı təhdid və təhqirlər yağdıran Cavanşir Feyziyevin bu addımlarını qətiyyətlə pisləyir və hakimiyyətin mütləq bu prosesə müdaxilə edəcəyini ümid edirik. Son olaraq bunu qeyd etmək istərdik ki, Azərbaycan Dirçəliş və Tərəqqi partiyası olaraq hər zaman media qurumlarının yanındayıq".

Mehman
Xəbəri paylaş