Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DSMF sədri: "Artımdan sonra əmək pensiyasının 385 manata çatacağı proqnozlaşdırılır"



Newscenter.az. 8.02.2022. "Artımlardan sonra staja görə pensiyaya çıxanların pensiya məbləği 360 manata, yaşa görə əmək pensiyasına çıxanların pensiya məbləğlərinin isə 385 manata çatacağı proqnozlaşdırılır".

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov deyib.

Sədrin sözlərinə görə, maddi yardımın 2023-cü ilin əvvəlindən pensiyaçıların illik pensiyalarının tərkibinə daxil edilməsi nəzərdə tutulub:

"Bununla bağlı müvafiq qanunvericilik aktları qısa müddətdə ölkə Prezidentinə təqdim olunacaq".
Xəbəri paylaş