Newscenter.az.8.02.2022. Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 397 420 510 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.
Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 5 751 048 nəfər təşkil edir.
Yoluxma sayına görə ABŞ, Hindistan və Braziliya ilk üçlüyü bölüşür.
ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 76 852 768 nəfərə çatıb, 905 543 nəfər infeksiya səbəbindən vəfat edib.
İkinci yerdə qərarlaşan Hindistanda 42 339 611 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 504 062 nəfər ölüb.
Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 26 616 014 nəfər virusa yoluxub, onlardan 632 946 nəfəri ölüb.