Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Politoloq: "Sülhməramlıların bu fəaliyyəti yoilverilməzdir"

Politoloq: "Sülhməramlıların bu fəaliyyəti yoilverilməzdir"


Newscenter.az.8.02.2022. ünən Rusiya və Fransa liderləri həm də Azərbaycan - Ermənistan arasındakı son prosesləri müzakirə etdilər.

Xatırladım ki, Minsk qrupunun fəaliyyətininin davam etdirilməsinin vacibliyini bir daha vurğulayan Putin - Makron Baydendən fərqli olaraq mütamadi olaraq Qarabağı müzakirə edirlər. Hətta, onların may ayında baş tutan telefon danışığında birgə yol xəritəsini müzakirə etdikləri ehtimal olunur. Həmin telefon danışığından sonra Makron bir qədər sakitləşmiş və absurd bəyanatlardan uzaqlaşmışdı. Görünür, Putin həmin vaxt onu arxayın salmışdı.

Dünənki danışıqlar zamanı Makron 4 fevral dialoqundakı mühüm məqamlar haqqında Rusiya prezidentinə məlumat verib.

Bu arada, erməni kanalların məlumatına görə; sülhməramlılar Xocavənddə monastıra gedərək erməni keşişin "mühazirəsinə" qulaq asıblar. Bu hərbçilərin siyasi - dini işlərə məşqul olunmalarına cəhdlərin davamıdır, hansı ki, yolverilməzdir.

İndiki məqamda, hesab edirəm ki, Azərbaycanın əsas məqsədi ikinci yolun Xankəndinə tez bir şəkildə çəkilməsi, Ermənistanla yeni münasibətlər mühitinin qurulmasıdır. Məlum məsələdir ki, nə qədər ki, qeyri- Qarabağlılar Ermənistanda hakimiyyətdədirlər Xankəndi, Ağdərə kimi məsələlər onları maraqlandırmayacaq, əvəzində Qərbə inteqrasiya yolları haqqında fikirləşəcəklər.

Qarabağın dağlıq hissəsi mövzusu isə, vaxtı gələndə Minsk qrupunda və ya digər platformalarda deyil, Azərbaycan - Rusiya arasında müzakirə predmeti olacaq.

Zaur Məmmədov-politoloq
Xəbəri paylaş