Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətən müharibəsi şəhidinin ailəsi ziyarət olunub



Newscenter.az.8.02.2022. YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və təşkilatın aparat işçiləri Vətən müharibəsi şəhidi Nurullayev Anar Siyavuş oğlunun ailəsini ziyarət etdilər.

Newscenter.az xəbər verir ki, ziyarət zamanı şəhidmizin keçdiyi döyüş yolundan söhbət açılıb, ailənin qayğıları ilə maraqlan Rayon təşkilatının sədri Varis Rüstəmov həmçinin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə II Qarabağ savaşının məhz şəhidlərimizin qanı və canı bahasına uğurla nəticələndiyini, eyni zamanda, 30 ildən sonra qəhrəman ordumuzun torpaqlarımızı düşmən tapdağından azad etdiyini vurğulayıb.

Daha sonra şəhidmizin məzarı ziyarət olunaraq, məzarı önünə gül-çiçək dəstələri düzülüb və ruhuna dualar oxunub. Şəhid ailəsi diqqət və qayğıya görə ölkə rəhbəri, cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaki, 17 feval 2022-ci il tarixində Şəhid Nurullayev Anarın il mərasimidir.

Ruhiyyə
Xəbəri paylaş