Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağsuda şadlıq evinin rəhbərliyi məsuliyyətə cəlb edilib



Newscenter.az.10.02.2022. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Ağsu şəhəri, Səməd Vurğun küçəsində yerləşən, vəzifəli şəxs Qaniyev Elvin Zahir oğluna məxsus “Asiman” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar edilib. Belə ki, sıxlıq normalarına əməl edilmədiyi, normadan artıq qonaq qəbul olunduğu, oturacaqlar və masalararası məsafənin gözlənilmədiyi müəyyən edilib. Aşkar olunmuş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib.

AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.

Sevinc
Xəbəri paylaş