Azərbaycanda daha 7 632 nəfər koronavirusa yoluxub
Tarix: 10-02-2022, 18:35
Newscenter.az.10.02.2022. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 632 yeni yoluxma faktı qeydə alınıb, 5 797 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 725 777 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 665 909 nəfər müalicə olunaraq sağalıb, 8 972 nəfər vəfat edib. 50 896 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 491, bu günə qədər isə ümumilikdə 6 335 593 test icra olunub.