Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycandan Rusiyaya 227 müəssisədən pomidor, 77 müəssisədən isə alma ixracına icazə verilib



Newscenter.az.10.02.2022. Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən zəruri tədbirlər davam etdirilir.

Newscenter.az xəbər verir ki, AQTA və Rusiya Federasiyası Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında aparılan mütəmadi danışıqlar, ikitərəfli ticarət məsələlərinin həllində konstruktiv dialoqun genişləndirilməsi və ölkəmizin fitosanitar nəzarət sisteminə yaranmış etimad öz müsbət nəticəsini verir.

Belə ki, Agentliyin əməkdaşları tərəfindən pomidor və alma yetişdirən müəssisələrdə aparılan fitosanitar monitorinqlərin nəticələri, məhsullardan götürülmüş nümunələrin laboratoriya sınaq protokolları və monitorinq aktlarının təhlili və AQTA-nın zəmanəti əsasında "Rosselxoznadzor" tərəfindən 2022-ci il 10 fevral tarixindən etibarən daha 16 müəssisədən pomidor və alma ixracına icazə verilib. Beləliklə, bu günə qədər Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən ümumilikdə 227 pomidor, 77 alma istehsalı müəssisəsindən məhsul ixracına icazə verilib.

Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş 227 pomidor ixracı müəssisəsinin ixrac potensialı 385,460 ton, alma ixracına icazə verilmiş 77 müəssisənin ixrac potensialı isə 186,948 ton təşkil edir.

Sevinc
Xəbəri paylaş