Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dəmir yumruq hər an hazırdır



Newscenter.az.10.02.2022. Son günlər sülhməramlıların nəzarətindəki ərazilərdə separatçıların təxribatlarının davamlı xarakter aldığı müşahidə olunur. Tərtərin ərazisinin atəşə tutulması, Xocalıda aktiv tikintinin aparılması, Tranşeylərin qazılması, Bakcellin əməkdaşının güllələnməsi, separatçıların davamlı təxribatçı bəyanatlar səsləndirilməsi, «Arsaxın işğalı haqqında” qanun layihəsinin hazırlanması barədə fikirlər və digər təxribat əməlləri bu fikri bir daha təsdiq edir.

Sülhməramlıların bu təxribatlara seyrçi qalması, reaksiya verməməsi, bir sıra hallarda dəstəkləməsi haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narazılıq doğurur. Sülhməramlıların əsas missiyası atəşkəsə əməl edilməsinə nəzarət etmək, bölgə xalqları arasında sülhü, qarşılıqlı etimadı, birgə yaşayışı təmin etməkdir. Təəssüf ki, sülhməramlıların bu məsələlərlə bağlı hansısa ciddi addımlar atdıqları müşahidə olunmur. Əksinə onların başları burada humanitar aksiyalara qarışıb. Bir gün məktəb, ev tikintisi həyata keçirir, su daşıyır, ərzaq paylayır, o biri gün məktəblərdə şagirdlərlə görüşlər keçirirlər. Ermənilər də bundan istifadə edərək öz xəbis və məkrli niyyətlərini həyata keçirməyə davam edir, yeni təxribatlar törətməyə çalışırlar.
Bu təxribatlara mütləq son qoyulmalıdır. Separatçılar unutmasınlar ki, dəmir yumruq hər zaman hazırdır. Əgər belə təxribatlar davam etsə bunun cavabı çox sərt və ağır olacaq. Azərbaycan bölgəyə davamlı sülhün gəlməsinə çalışır, bütün addımlar buna hesablanıb. Bölgənin inkişafı davamlı sülhdən çox asılıdır.

Ermənistan konkret mövqe bildirməlidir. Əgər sülh istəyirsə Azərbaycan sülhə hazırdır. Yox məqsəd müharibə, Azərbaycanın səbrini sınağa çəkməkdirsə Azərbaycan müharibəyə hazırdır. Ancaq bunun aqibəti ermənilər üçün heç yaxşı olmayacaq.

Görünən odur ki, erməni xalqı hələ də unutqanlıq xəstəliyindən sağalmayıb. Ona görə başlarına gələnləri çox tez unudurlar. Ermənilər Vətən müharibəsində öz çirkin əməlləri ucbatından yaşadıqları acı müsibətlərdən çox ciddi nəticələr çıxarmalıdırlar. Əgər bunu etməsələr dəmir yumruq yenidən işə düşəcək və bu dəfə zərbə daha ağır olacaq, itkilərin sayı bir neçə dəfə artacaq. Azərbaycan 44 günlük müharibədə bunu bütün dünyaya göstərdi. Nə qədər gec deyil separatçılar bu barədə ciddi düşünməlidirlər. Onların bir yolu var o da sülhə razılaşmaq və yekun sülh müqaviləsini imzalamaq. Digər bütün cəhdlərin nəticəsi uğursuz və ağır olacaq. Heç kim Azərbaycanın səbrini zorlamağa cəhd etməsin.

Ceyhun Məmmədov-Milli Məclisin deputatı
Xəbəri paylaş