Səfər Mehdiyev: “DGK ötən ay büdcə öhdəliyinə 126 % əməl edib”
Tarix: 10-02-2022, 17:41
Newscenter.az.10.02.2022. Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsi qarşısında öhdəliyinə 126,2 % əməl edib.
Newscenter.az xəbər verir ki, bunu Komitənin sədri Səfər Mehdiyev bildirib.
Onun sözlərinə görə, büdcəyə 403,95 milyon manat vəsait köçürülüb. Bu da proqnozdan 83,95 milyon manat çoxdur.