Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP Sabirabad rayon təşkilatının sədri şəhid ailəsini ziyarət edib



Newscenter.az.10.02.2022. YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov aparat işçiləri ilə birlikdə Vətən müharibəsində şəhid olmuş Sabirabad rayonunun Ətcələr kəndində yaşamış şəhid Tağıyev Fuad Mərdan oğlunun ailəsində olmuş və şəhidin ailə üzüvləri ilə görüşmüşdür.

Newscenter.az xəbər verir ki, söhbət zamanı 44 günlük Vətən müharibəsində adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyi, onların gələcək nəsillərə örnək olduğu söylənilmişdir. Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyi vurğulanmış, şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağı diqqətə çatdırılmışdır.

Daha sonra rayon təşkilatının əməkdaşları şəhid Fuad Tağıyevin məzarını ziyarət edib, məzarı önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Şəhidin ailə üzüvləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldığını bildirmiş, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.

Qeyd edək ki, 27 sentyabr günündən döyüşlərə qatılan XTQ-də xidmət edən kəşfiyyatçı-istehkamçı kiçik gizir Tağıyev Fuad Füzuli, Cəbrayıl, Zəngilan, Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin, Hadrut qəsəbəsi və tarixi Şuşa şəhərinin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmanlıq göstərmişdir. 24.10.2020-cü ildə Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", “İgidliyə görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Mehman
Xəbəri paylaş