Newscenter.az.12.02.2022. Azərbaycan fevralın 16-18-də Türkiyənin İstanbul şəhərində keçiriləcək “LifeStyle Türkiyə 2022 Qadın Hazır Geyim Sərgisi”ndə iştirak edəcək.
“Report” bu barədə türk mətbuatına istinadən xəbər verir.
Tədbir Federal Sərgi və Konqres İdarəsi tərəfindən İstanbul Sərgi Mərkəzində təşkil ediləcək. Sərgidə 16 mindən çox yeni dizayn və kolleksiya nümayiş olunacaq.
Sərgidə 110 istehsalçı, 150-dən çox brend marka və xaricdən dəvət olunmuş 4,5 min mağaza, butik və topdansatış müəssisələrini bir araya gətirmək planlaşdırılır.
Qadın Hazır Geyim Sərgisi Türkiyədə altıncı dəfədir keçirilir.