Newscenter.az.12.02.2022. Bakı şəhəri, Səbail rayonunda təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisə olub.
Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində sürücü başından yüngül xəsarət alıb, ölən yoxdur.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Araşdırma aparılır.