Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin parlamentinin sədri Sahibə Qafarovaya təbrik məktubu göndərib



Newscenter.az.12.02.2022. Çin Xalq Respublikası Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşu Milli Məclisin sədri Sahibə Qafarovanın adına təbrik məktubu ünvanlayıb.

Newscenter.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, məktubda Çin parlamentinin sədri ötən il noyabrın 28-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis iclası barədə öz fikirlərini açıqlayıb. O, tədbirin müvəffəqiyyətlə keçirildiyini və uğurlu nəticələr əldə edildiyini bildirib. Azərbaycan Respublikasının Milli Məclisi və onun sədri Sahibə Qafarovanın Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsində səylərini yüksək qiymətləndirib.

Li Canşu Çinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin gələcək fəaliyyətində Azərbaycanı dəstəklədiyini bildirib. Ölkəsinin yeni yaradılmış quruma üzv ölkələrin parlamentləri ilə də sıx münasibətlər qurmağa hazır olduğunu deyib. O, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində dünyada multilateralizmin inkişafı və sülhün bərqərar olması üçün üzv ölkələrin birgə səylərinin vacibliyini vurğulayıb.

Arzu
Xəbəri paylaş