Newscenter.az.12.02.2022. Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi rayonunun Xocəsən qəsəbəsində bir qrup vətəndaşı fərdi qaydada qəbul edərək onların problemlərini dinləyib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı millət vəkili özü verib. Millət vəkili bildirib ki, qəbula gələnlər Xocəsən bələdiyyəsinin inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində əsas yolların, o cümlədən Bələdiyyə küçəsinin, əlavə olaraq Ruslan Allahverdiyev küçəsi ilə Bələdiyyə küçəsinin kəsişdiyi ərazinin, bəzi məhəllədaxili yolların asfaltlaşdırılmasının və işıqlandırılmasının, fərdi evlərin sənədləşdirilməsinin, abadlıq işlərinin aparılmasının, əhalinin sayının artmasını nəzərə alaraq musiqi məktəbinin,yeni körpələr evi-uşaq bağcasının və tam orta məktəbin tikintisinin,yeni kanalizasiya xətlərinin çəkilməsinin, mövcud kanalizasiya xətlərinin yenidən qurulmasının arzulayıblar,
Eyni zamanda seçicilər 217 saylı tam orta məktəbin arxasında yerləşdirilən zibil qutularının infeksiya mənbəyi olduğuna görə başqa yerə köçürülməsinin, 158 sayli marşrut xətti üzrə hərəkət edən avtobuslar köhnəldiyindən sərnişinlərin rahatlığını təmin etmədiyinə görə yeni avtobuslarla əvəz edilməsinin, küçələrin adlarının ünvan reysterinə işlənməsinin, əhalinin məşğulluğu üçün yeni iş yerlərinin yaradılmasının,aztəminatlı ailələrin sosial təminatının yaxşılaşdırılmasının və digər məsələlərin vacibliyini xüsusi ilə qeyd ediblər.
NEWSCENTER.AZ