Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ombudsmanın nümayəndələri Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olublar



Newscenter.az.12.02.2022. Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planına əsasən, Ombudsman Aparatının nümayəndələri Hərbi Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsini ziyarət ediblər.

Nazirlikdən Newscenter.az-a bildirilib ki, qonaqlar hərbi qulluqçuların məişət şəraiti ilə yaxından tanış olub, yataqxana, əşya və ərzaq anbarları, yeməkxana, eləcə də digər inzibati otaqlara baxış keçiriblər.

Ombudsman Aparatının nümayəndələri hərbi hissədə asudə vaxtın səmərəli keçirilməsi üçün yaradılan şəraiti, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər.

Sonda hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş