Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sutka ərzində neçə nəfər peyvənd olunub?



Newscenter.az.12.02.2022. Azərbaycanda son sutkada 43 692 nəfər vaksinasiya olunub.

Newscenter.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 069 nəfər təşkil edib, ikinci mərhələ üzrə isə vaksinasiya olunanların sayı 1 788-dir.

Ölkədə buster doza üzrə vaksinlərin sayına gəlincə, bu göstərici 38 835-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 434 328, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 264 564, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 762 493 nəfər təşkil edir.

Ümumilikdə isə 2 407 271 buster doza vurulub.
Xəbəri paylaş