Newscenter.az.12.02.2022. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsinə qoşulmaq üçün 2022-ci il üzrə vətəndaşların müraciətlərinin qəbuluna başlanıb.
Newscenter.az xəbər verir ki, layihə qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramının genişləndirilməsinə dəstək məqsədi daşıyır. İcrası zamanı işsiz kimi qeydiyyatda olan şəhid ailəsi üzvləri, Vətən müharibəsi əlilləri, keçmiş məcburi köçkünlər, ünvanlı sosial yardım alanlar, qadınlar, gənclər və digər kateqoriyalardan olan şəxslərə üstünlük verilir.
“Azərbaycanda məşğulluğa dəstək” layihəsi çərçivəsində aşağıda qeyd olunan istehsal və xidmət sahələri üzrə də kiçik bizneslərin qurulmasına dəstək göstərilir:
Layihədə iştirak etmək üçün www.e-sosial.az portalında “Məşğulluq” altsistemi vasitəsilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin saytında yerləşdirilən “Layihələr üzrə müraciət forması”nı doldurmaqla, (https://docs.google.com/forms/d/e/1FAIpQLSeDl538oxiQUw1WxvKDB-CRF61efuHjjyobKsip9eI_bWrbpw/viewform) və ya Bakı şəhəri üzrə DOST Mərkəzlərinə, rayonlar üzrə isə Ərazi Məşğulluq filiallarına müraciət edərək qeydiyyatdan keçmək mümkündür.
Layihəyə müraciət qaydası barədə https://youtu.be/ANZ9qbnZ1IA təlimat videosu vasitəsilə və ya 142 - Çağrı mərkəzinə zəng etməklə də ətraflı məlumat əldə etmək olar.
Sevinc