Newscenter.az.13.02.2022. Astarada qanunsuz ov edən şəxs aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən Astara rayon Pensər kənd sakini F.Əliyev saxlanılıb.
Ondan qanunsuz olaraq ovladığı çöl quşları və 1 ədəd ov tüfəngi aşkarlanıb.
Şöbə əməkdaşları tərəfindən həmçinin, rayonun Pəlikeş kənd sakini Ş.Vahabovdan isə qanunsuz olaraq saxladığı 1 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Astara RPŞ-də araşdırma aparılır