Newscenter.az.13.02.2022. Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin təsdiqlənməsi ilə Cənubi Qafqazın tarixində ilk və ən etibarlı, eyni zamanda, tam bərabərhüquqlu regional mexanizm işə salınmış oldu.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov tarixi Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təsdiq olunmasına münasibət bildirərkən səsləndirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan və Türkiyə kökü qardaşlığa dayanan Şuşa Bəyannaməsi ilə artıq çox daha güclüdürlər.
Mehman