Newscenter.az.13.02.2022. ATƏT-in Minsk qrupunun qeyri-qənaətbəxş olan fəaliyyəti bu qrupun yarandığı ilk illərdən özünü göstərib və buna görə Azərbaycan rəhbərliyi zamanında ATƏT-in Minsk qrupunu dəfələrlə haqlı olaraq sərt tənqid edib. Ümummilli lider Heydər Əliyev Minsk qrupunun həmsədrlərinin regiona səfərləri zamanı keçirilən görüşlərdə hər zaman onların fəaliyyətsizliklərini açıq şəkildə ifadə edib, öz mövqeyini ortaya qoyub.
Newscenter.az xəbər verir ki, hələ 20 il əvvəl, 2001-ci il, noyabr ayının 4-də həmsədrlərin regiona səfəri və Heydər Əliyevlə görüşü zamanı ümummilli lider ATƏT-in Minsk qrupu barədə öz layiqli qiymətini verib. Heydər Əliyev həmsədrlərin, eləcə də Minsk qrupunun fəaliyyətini kəskin tənqid edib:
"Mən dünən fikirlışdim ki, Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan konfliktinin 13 yaşı var, ATƏT-in Minsk qrupunun 9 yaşı var. Amma görün neçə illər keçibdir, bu məsələ həll olunmayıbdır. Bir az da əgər ləngisək, ATƏT-in Minsk qrupu böyük bir oğlan olacaq, onu gərək evləndirək. Yaxud, ola bilər qız olsun, onu ərə verək. Bu daha tez ola bilər. Ona görə biz düşünməliyik, nə qədər bu yaşlar artacaq?.
Mehman