Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mehdiyev Milli Şuraya mitinq sifarişi verəcək



Newscenter.az.13.02.2022. Ukraynada müharibənin başlanması təhlükəsi günləri saydığı anda iki gün öncə Putin öz ölkəsinin Təhlükəsizlik Şurasını toplayıb "MDB ölkələrində imkanların genişləndirilməsi" üçün təcili müşavirə keçirirsə və bunun fonunda Ramiz Mehdiyev gündəmə çevrilirsə, izahı aydındır.

Newscenter.az xəbər verir ki, bu fikirləri REAL Partiyasının sədri İlqar Məmmədov özünün facebook səhifəsində yazıb. Partiya sədrinin qənaətincə, Putin Bakıya "Biz Ukrayna ilə vuruşası olsaq, baxın ha, "Türkiyə ilə qardaşlıq" adı altında NATO'ya yardım etdiyinizi görməyim" deyir:

"Putinin sözünə baxmasaq, nə olacaq? Mehdiyev Milli Şuraya mitinq sifarişi verəcək. Bəs küçəyə kim çıxacaq? Elə Qazaxstanda ötən ay çıxanlar - siyasətə heç bir aidiyyatı olmayan dəstələr. 2013-cü ildə Milli Şuranın Putinə məktub göndərərək öz namizədinin Rusiya vətəndaşlığından çıxarılması xahişini etməsini unutmadıq? Bir daha, düşünün bu haqda: "Vladimir bəy, prezidentliyə namizədimiz var, nolar qoy seçkiyə qatılsın da".

Mehman
Xəbəri paylaş