Şəmkirdə ana və övladı bıçaqlanaraq öldürülüb
Tarix: 13-02-2022, 10:51
Newscenter.az.13.02.2022. Şəmkir rayonunda gənc qadın və azyaşlı övladı bıçaqlanaraq qətlə yetirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, naməlum şəxs 27 yaşlı qadını və 5 yaşlı qızını bıçaqlayıb. Hər iki yaralı aldığı xəsarətlərdən keçinib.
Hadisənin təfərrüatları araşdırılır.