Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

SHXÇDX parlamentlə ən səmərəli əməkdaşlığa malik Mərkəzi İcra hakimiyyəti orqanlarından biridir

SHXÇDX parlamentlə ən səmərəli əməkdaşlığa malik Mərkəzi İcra hakimiyyəti orqanlarından biridir


Newscenter.az.13.02.2022. "Prezident İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət müddətində vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki və səfərbərlik hazırlığı, xidmətə və səfərbərliyə çağırışı və s. kimi sülh, səfərbərlik və müharibə dövrlərində qarşıya qoyulan konkret vəzifələri ilə bağlı dövlət siyasəti və tənzimlənməsini uğurla həyata keçirən Mərkəzi İcra hakimiyyəti orqanı kimi özünü təsdiq etmişdir. Xüsusən, 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfərimizdə bu strukturun rolu, çevik, fasiləsiz və intensiv fəaliyyəti xüsusi qeyd edilməlidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmli səsləndirib. Millət vəkili bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti eyni zamanda, parlamentlə ən səmərəli əməkdaşlığa malik Mərkəzi İcra hakimiyyəti orqanlarından biridir və şəxsən Xidmətin rəisi general-polkovnik Arzu Rəhimov sorğu və müraciətlərimizə həmişə xüsusi həssaslıq nümayiş etdirməkdədir:

"Yaradılmasının 10-cu ildönümündə başda hörmətli Arzu müəllim olmaqla, Xidmətin bütün şəxsi heyətini, xüsusən də, təmsil etdiyim dairə üzrə, Xidmətin Biləsuvar rayon şöbəsinin kollektivini təbrik edir, uca məqsədlər naminə yorulmaz fəaliyyətlərində uğurlar arzulayıram".

NEWSCENTER.AZ
Xəbəri paylaş