Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhlükə təkcə Türkmənistan deyil, həm də Azərbaycan üçün mövcuddur



Newscenter.az.13.02.2022. Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov mart ayının 15-nə növbədənkənar prezident seçkiləri təyin edib və hakimiyyətdən gedəcəyini bəyan edib. Bəzi məlumatlara görə onun öz yerinə oğlu Sərdarı gətirəcəyi gözlənilir. Erməni demiş, hingi, hingi dasnı hingi. Yəni, beş, beş, on beş.

Bütün diktatorların sxemi eyni olduğu kimi, həm də sadədir. Amma Qurbanqulunu buna məcbur edən səbəb də var. Həmin səbəb isə onun ölkəsinin xəzəryanı dövlət kimi Rusiyanın dənizlərə nəzarət strategiyası siyasətinin diqqət mərkəzinə düşməsidir. Bu haqda ayrıca yazacağam.

Hələlik isə xatırladım ki, Qazaxıstan işğal olunduqdan sonra Rusiya onun ərazisindən Türkmənistan sərhədlərinə də çıxış əldə edib. Bu, isə Moskvaya Türkmənistanı ələ keçirdikdən sonra Xəzər dənizini onun Şərq sahilindən tam əhatə etməyə və Özbəkistanı üç tərəfdən mühasirəyə almağa imkan verərdi.

Amma hal-hazırda təhlükə təkcə Türkmənistan deyil, həm də Azərbaycan üçün mövcuddur. Ölkə daxilində baş verənləri də bu kontekstdə dəyərləndirmək daha düzgün olardı məncə. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə saatlar qalması haqda paranoya isə yalnız bütün bu planlardan diqqət yayındırmaq üçündür.

Bu məsələlər də daxil olmaqla Xəzər-Qara dəniz bölgəsində mövcud olan risklər və təhdidlər barədə "Yeni geosiyasət kontekstində Rusiyanın dənizlərə nəzarət strategiyası" adlı yazımda söhbət açmaq istəyirəm.

Ərəstun Oruclu-"Şərq-Qərb" Analitik Mərkəzinin rəhbəri
Xəbəri paylaş