"Azəriqaz"ın "Açıq mikrofon"u bu dəfə Saatlıda qurulacaq
Tarix: 14-02-2022, 12:11
Newscenter.az.14.02.2022. “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Bu dəfə “Səyyar qəbul otağ”ı Saatlı rayonu, Naharlı kəndində təşkil olunacaq.
Newscenter.az-a İstehsalat Birliyindən verilən xəbərə görə, fevralın 15-i saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək. Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Mehman