Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ASAN könüllüləri növbəti ekoloji aksiyanı icra edəcəklər



Newscenter.az.15.02.2022. Plastik tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması məqsədilə "Coca-Cola" şirkətinin qlobal “Tullantısız Dünya” proqramı çərçivəsində regionlarda plastik tullantıların çeşidlənməsi, toplanması və əhalinin bu istiqamətdə məlumatlılığının artırılması məqsədilə müxtəlif layihələr icra olunacaq.

Newscenter.az Xidmətə istinadən xəbər verir ki, sözügedən fəaliyyətlər "Coca-Cola" Fondunun dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yerli icra hakimiyyətlərinin əməkdaşlığı ilə 2022-ci il ərzində Şamaxı, Gəncə, Şəki, Mingəçevir, Qəbələ və Quba şəhərlərində təşkil ediləcək.

Gələcəkdə digər regionlarda da icrası nəzərdə tutulan bu fəaliyyətlər çərçivəsində ekoloji rəy sorğuları da keçiriləcək. Layihə üzrə sorğunun aparılmasında məqsəd əhali arasında təkrar emala və tullantıların çeşidlənməsinə münasibəti öyrənmək, eləcə də onların çeşidləmə ilə bağlı təkliflərini toplamaq və bu dinamikanı ilbəil izləməkdir. Toplanmış və emal edilmiş sorğu nəticələri əsasında aidiyyəti qurumlarla birlikdə effektiv mexanizmlər hazırlanacaq.

Müxtəlif əhali qrupları və ictimai-iaşə müəssisələri arasında maarifləndirmə işləri ilə yanaşı məktəblilər üçün də xüsusi proqamlar təşkil ediləcək, şagirdlərin bu istiqamətdə məlumatlılığının artırılması üçün qabaqcıl maarifləndirmə təcrübələrindən istifadə olunacaq.

Eyni zamanda proqram çərçivəsində ölkəmizdə ilk dəfə tullantıların təkrar emalı üzrə innovativ təşəbbüslərin aşkarlanması və dəstəklənməsi üçün "Risayklaton" (Recyclathon) da keçiriləcək. Ekoloji müsabiqənin qaliblərinə ideyalarının reallaşdırılması üçün müxtəlif imkanlar yaradılacaq.

“Tullantısız Dünya” 2018-ci ildən etibarən "Coca-Cola"nın plastik böhranın həllində öz məsuliyyətini əks etdirən genişmiqyaslı ekoloji proqramıdır. Şirkət 2030-cu ilə qədər bütün dünyada satdığı hər bir plastik və şüşə qablaşdırmada olan sərinləşdirici içki üçün, harada istehsal edilməsindən asılı olmayaraq, bir o qədər plastik və şüşə qablaşdırma tullantılarını toplayıb, təkrar emala göndərəcək.

Sevinc
Xəbəri paylaş