Newscenter.az.15.02.2022. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC ilə Koreya Respublikasının “GEOMEX” MMC və “Məkan Məlumat Sənayesinin Təşviqi Agentliyi” arasında anlaşma memorandumu imzalanıb.
Newscenter.az xəbər verir ki, memoranduma əsasən, “K-City Network 2020” proqramının “Ağıllı şəhər” (Smart City) layihəsi çərçivəsində Bakı şəhərinin Baş planı hazırlanır. Bu layihə ilə Bakı şəhərində Koreya tipli “ağıllı şəhər” həllərinin tətbiqi planlaşdırılır.
Qeyd edək ki, “K-City Network 2020” Koreya tipli “Ağıllı şəhər” layihəsinin müəyyən edilməsi və inkişafı üçün kompleks şəkildə dəstək təklif edən qlobal əməkdaşlıq proqramıdır. 2020-ci ildə Koreya Respublikası “Ağıllı şəhər” layihələri üzrə G2G (Government-to-Government) əməkdaşlığını inkişaf etdirmək məqsədilə “K-City Network” proqramını həyata keçirməyə başlayıb.
Sevinc