Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BDU-da dekan seçkiləri başa çatıb



Newscenter.az.15.02.2022. Bakı Dövlət Universitetinin (BDU) 12 fakültəsində səlahiyyət müddəti bitmiş dekan vəzifələrinə seçkilər başa çatıb.

Newscenter.az-ın xəbərinə görə, təhsil ocağının mətbuat katibi Kəmalə Quliyeva bildirib ki, seçkilər Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"na uyğun olaraq səsvermə yolu ilə keçirilib.

Yeni seçilmiş dekanları təqdim edirik:

Mamoy Mansurov - Geologiya fakültəsi,
Ələmdar Bayramov - Kitabxanaçılıq-informasiya fakültəsi,
Rövşən Cavadov - Sosial elmlər və psixologiya fakültəsi,
Afət Məmmədova - Biologiya fakültəsi,
Ziyatxan Əliyev - Mexanika-riyaziyyat fakültəsi,
İbrahim Zeynalov - Tarix fakültəsi,
Bəxtiyar Paşayev - Fizika fakültəsi,
Elçin Məmmədov - Filologiya fakültəsi,
Aydan Xəndan – Şərqşünaslıq fakültəsi,
Laçın Abışlı - Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi,
Fuad Kərimov - Kimya fakültəsi,
Akif Ağbabalı - Ekologiya və torpaqşünaslıq fakültəsi.

R.Mehdiyeva
Xəbəri paylaş