Newscenter.az.15.02.2022. Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 14-ü saat 18:45-dən başlayaraq Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Barmaqbinə yaşayış məntəqəsi istiqamətində, fevralın 15-i saat 01:40 radələrində Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətindən Tovuz rayonunun Ağbulaq yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutub.
Newscenter.az-ın xəbərinə görə, düşmənin təxribatlarına münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev deyib ki, Laçın-Qarakilsə istiqmətində baş verənləri ermənilərə xatırlatmaq zamanı çatıb:
"Atəş açılan mövqelərdə Azərbaycan Bayrağının ucaldılmasını görməyən erməni rahatlıq tapmayacaq"-deyə Ədalət Verdiyev vurğulayıb.
Mehman