Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada pandemiya ilə bağlı vəziyyət ağırlaşır



Newscenter.az.15.02.2022 Dünyada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı 410 milyonu, ölənlərin sayı isə 5,81 milyonu keçib.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, ÜST virusa 410 565 868 yoluxma və 5 810 880 ölüm barədə məlumat alıb. Ötən gün ərzində yoluxanların sayı 1 655 868 nəfər, ölənlərin sayı 8 654 nəfər artıb.

ÜST-yə məlumat verilən ən çox təsdiqlənmiş yoluxma halları ABŞ-dadır - 76 983 188 nəfər. Siyahıda ikinci yerdə Hindistan (42 665 534 yoluxma), həmçinin sonrakı yerlərdə Braziliya (27 425 743), Fransa (21 106 470) və Böyük Britaniyanın (18 306 863) adları qərarlaşıb. Ən çox ölüm halları da ABŞ-dadır - 910 982. İkinci sırada Braziliya (638 048), üçüncü yerdə Hindistan (509 011) qərarlaşıb. Siyahıda bu ölkələrdən sonra Rusiya (340 931) və Meksika (312 697) qərarlaşıb.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbəri paylaş