Newscenter.az.15.02.2022. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti ilə Estoniya Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı və Ərzaq qurumunun baş direktoru Urmas Kirtsinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Newscenter.az-a AQTA-dan bildirilib ki, gGörüşdə qida məhsullarının təhlükəsizliyinin təmin olunması istiqamətində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan Respublikası və Estoniya Respublikası arasında əməkdaşlığa dair normativ-hüquqi bazanın formalaşdırılması, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində əməkdaşlığa dair sazişlərin imzalanması imkanları nəzərdən keçirilib.
Qida təhlükəsizliyinə nəzarət sahəsində yeni texnologiyaların tətbiqi, innovativ monitorinq üsullarının öyrənilməsi, qida məhsullarının izlənilməsi, epizootoloji nəzarətin təşkili, zərəvericilərdən azad zonaların yaradılması, eləcə də qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən laboratoriyaların təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması sahələrində birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti ilə Estoniya Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı və Ərzaq qurumunun baş direktoru Urmas Kirtsinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Sevinc