Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fiqurlu konkisürmədə təmsilçimiz finala yüksəlib



Newscenter.az.15.02.2022. Fevralın 15-də “Pekin-2022” Qış Olimpiya Oyunlarında Azərbaycanı fiqurlu konkisürmədə təmsil edən Yekaterina Ryabova yarışların qısa proqramında öz çıxışını edib.

Newscenter.az Azərbaycan Qış İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, təmsilçimiz 30 idmançı arasında 61.82 xal toplayaraq 16-cı pillədə qərarlaşıb.

Yekaterina Ryabova əldə etdiyi nəticəyə əsasən fevralın 17-də sərbəst proqram üzrə təşkil olunacaq yarışda iştirak hüququ qazanıb.Təmsilçimiz 24 idmançı ilə birgə öz gücünü sınayacaq.

Mehman
Xəbəri paylaş