Gənclər və idman naziri “Pekin 2022” yarışlarında iştirak edən təmsilçilərimizlə görüşüb
Tarix: 15-02-2022, 13:04
Newscenter.az.15.02.2022. Fevralın 15-də gənclər və idman naziri Fərid Qayıbov “Pekin 2022” Qış Olimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımız Vladimir Litvintsev və Yekaterina Ryabova ilə görüşüb.
Newscenter.az-a Federasiyadan verilən xəbərə görə, yarışlarda iştirak edən olimpiya komandamızın missiya rəhbəri Anar Bağırov idmançılar üçün yaradılmış şəraitlə bağlı nazirə ətraflı məlumat verib.
Fərid Qayıbov mübarizəyə qoşulacaq idmançımız Yekaterina Ryabovanın hazırlığı ilə maraqlanıb və ona uğurlar arzulayıb.
Mehman