Naxçıvan Kommersiya Məhkəməsi yeni binada fəaliyyətə başlayıb
Tarix: 15-02-2022, 08:00
Newscenter.az.15.02.2022 Naxçıvan Kommersiya Məhkəməsi yeni binada fəaliyyətə başlayıb.
Newscenter.az xəbər verir ki, fevralın 14-də Naxçıvan şəhərində bununla bağlı tədbir təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun iştirakı ilə Kommersiya Məhkəməsinin yeni inzibati binası istifadəyə verilib.