Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pakistanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub



Newscenter.az.15.02.2022. Energetika naziri Pərviz Şahbazov Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeeni qəbul edib.

Newscenter.az nazirliyə istinadən xəbər verir ki, gorüşdə iki dost ölkə arasında əməkdaşlığın inkişafına, tərəfdaşlıq sahələrinin genişləndirilməsinə xüsusi önəm verildiyi ifadə edilib.

Enerji sahəsində əməkdaşlığın gücləndirilməsi üçün perspektiv istiqamətlər nəzərdən keçirilib. Enerji sektorunda qarşılıqlı investisiya imkanları müzakirə edilib, mayeləşdirilmiş təbii qaz (LNG), neft-kimya məhsullarının Pakistana təchizatı məsələləri üzrə fikir mübadiləsi aparılıb. Həmçinin işğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji ehtiyatları və Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialı barədə məlumatlar, inkişaf planları barədə məlumatlar diqqətə çatdırılıb.

Söhbət zamanı Pakistan şirkətləri bərpa olunan enerji layihələrində iştiraka dəvət edilib. Həmçinin Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyası çərçivəsində enerji sahəsində əməkdaşlığın inkişafı məqsədilə Birgə İşçi Qrupun tezliklə yaradılmasının vacibliyi qeyd edilib.

Sevinc
Xəbəri paylaş