Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Psixoloq vəzifəsinə işə qəbul üzrə 787 müraciət daxil olub



Newscenter.az.15.02.2022. Ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə qeydiyyat başa çatıb.

Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə müvafiq elektron sistemi vasitəsilə ümumilikdə 787 müraciət daxil olub.

Qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcəklər.

R.Mehdiyeva
Xəbəri paylaş