Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Ukrayna ilə danışıqlara hazırdır



Newscenter.az.15.02.2022 Rusiya Prezidenti Vladimir Putin Ukrayna ətrafında vəziyyətlə bağlı danışıqlara hazırdır.

Bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, qeyd edib ki, Rusiya rəhbəri həmçinin təhlükəsizlik zəmanəti ilə bağlı dialoqa hazırdır.

"Hər şeydən əvvəl Prezident Putin həmişə danışıqlarda və diplomatiyada təkid edib. Əslində, o, Rusiya Federasiyası üçün təhlükəsizlik təminatları məsələsinin təşəbbüskarı olub. Ukrayna problemin yalnız bir hissəsidir, bu, Rusiya üçün daha böyük təhlükəsizlik təminatı probleminin bir hissəsidir. Və əlbəttə ki, Prezident Putin danışıqlara hazırdır”, - Peskov bildirib.
Xəbəri paylaş