Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Qarabağ" "Marsel" lə oyun üçün Fransaya yoılsndı



Newscenter.az.15.02.2022 " Qarabağ" "Marsel"ə qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Fransaya yollanıb.

"Report"un məlumatına görə, "köhlən atlar"ı Marsel şəhərinə aparan təyyarə saat 16:00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.

Baş məşqçi Qurban Qurbanov fevralın 16-da yerli vaxtla saat 18:40-da (Bakı vaxtı ilə saat 21:40) mətbuat konfransında iştirak edəcək. Komandanın media üçün açıq məşqi yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 22:00) matçın oynanılacağı “Velodrom” stadionunda baş tutacaq.

Qeyd edək ki, fevralın 17-də keçiriləcək "Marsel" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq. Cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.
Xəbəri paylaş