Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabirabadda vətəndaşlar üçün “Pulsuz hüquqi yardım” təşkil edilib



Newscenter.az.15.02.2022. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Milli Məclisin deputatı Kamal Cəfərovun dəstəyi ilə YAP Sabirabad rayon təşkilatının qərargahında vətəndaşlar üçün növbəti “Pulsuz hüquqi yardım” layihəsi təşkil edilb.

Newscenter.az xəbər verir ki, görüşdə 62 vətəndaşın 68 müraciətinə baxılmış, şifahi və yazılı hüquqi məsləhətlər verilmiş, həmçinin bəzi vətəndaşların şəxsi məsələləri ilə bağlı mediasiya qurumlarına və məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunub.

Rayon sakinləri üçün pulsuz hüquqi yardımın təşkilinə görə Vəkillər Kollegiyasının sədri Anar Baghirova, o cümlədən “Pro Bono” Vəkil Bürosunun müdiri Şahmar Məmmədova, həmçinin Sabirabad rayonuna ezam edilmiş vəkillər Bəylər Məmişov, Elcan Həsənli və sabirabadlıların dostu Araz müəllimə təşəkkür edilib.

Mehman
Xəbəri paylaş