Newscenter.az.15.02.2022. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Siyəzən rayon sakinləri R.Qədirov və T.Talıbov COVID-19 testinin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicəyə təyin edilmələrinə baxmayaraq yaşadıqları ünvanları tərk etdikləri müəyyən olunub. Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxslərlə profilaktik söhbətlər aparıb və yaşadıqları ünvanlara geri qaytarılıblar.
Faktlarla bağlı RPŞ-də araşdırma aparılır.
Mehman