Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna NATO-dan yardım istədi



Newscenter.az.15.02.2022. Ukrayna mülki əhaliyə təsir edə biləcək genişmiqyaslı fövqəladə hallar üçün NATO-dan beynəlxalq yardım istəyib.

"Report" xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

"Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti mülki əhaliyə təsir göstərə biləcək müxtəlif xarakterli genişmiqyaslı fövqəladə hallara hazırlaşır. Zəruri prosedurlara uyğun olaraq, Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzi Ukraynadan müraciət alıb", - məlumatda deyilir.

Ukrayna, həmçinin NATO-dan yüzdən çox yolsuzluq avtomobili, minatəmizləmə avadanlıqları və radiokimyəvi kəşfiyyat vasitələri tələb edib.

Qeyd edək ki, Avro-Atlantik Fəlakətlərə Cavab Koordinasiya Mərkəzi NATO-nun regionda fövqəladə hallara reaksiya mexanizmidir. Onun vəzifəsi təbii və texnogen fəlakətlər zamanı yardım üçün daxil olan müraciətləri və təklifləri əlaqələndirməkdir. Təsirə məruz qalan dövlət, adətən fövqəladə vəziyyətə qarşı mübarizə üçün xüsusi ehtiyaclar barədə bu strukturu məlumatlandırır, bundan sonra NATO ölkələri və tərəfdaş dövlətlər ona müvafiq məbləğdə yardım ayırırlar.
Xəbəri paylaş