Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP Kəlbəcər rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir-FOTOLAR



Newscenter.az.15.02.2022. Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tapşırıq və tövsiyyələrinə əsasən yerli təşkilatlarda ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqlarının keçirilməsinə başlanılıb. 15 Fevral 2022-ci ildə Gəncə şəhəri Gülüstan qəsəbəsində müvvəqqəti yerləşən Kəlbəcər rayon Təhsil Şöbəsi və Statistika ərazi partiya təşkilatlarında hesabat seçki yığıncaqları keçirildi.

Newscenter.az xəbər verir ki, yığıncaqda ərazi partiya təşkilatlarının görülmüş işləri və hesabatları dinlənilmiş, təşkilatların yeni sədr və müavinləri seçilmişdir.

Ərazi təşkilat sədrlərinə, partiyanın VII Qurultayından sonra qəbul edilmiş nizamnaməsi, yeni proqramı, hüquqi-normativ sənədləri və qərarları barədə
ətraflı məlumat verildi.

Məruzə ətrafında çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən bildirdi ki, bu gün ətrafında səkkiz yüz min nəfərdən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyası cənubi Qafqazın ən aparıcı siyasi təşkilatıdır. Yeni Azərbaycan Partiyasının qurucusu,müasir,müstəqil Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində müstəqiliyimiz daha da möhkəmləndirildi, iqtisadiyyatımız sürətlə inkişaf etdirildi və dövlət quruculuğu sahəsində uğurlar əldə edildi. Bu gün Ulu Öndər irsinin layiqli davamçısı,partiyamızın sədri cənab İlham Əliyev xalqımızın milli maraqları naminə uğurlu islahatlar həyata keçirir. Bu gün bütün uğurlarımız Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır. Möhtərəm Prezidentimiz xalqımızın xoşbəxtliyi naminə mümkün olan və hətta mümkün olmayan bütün işləri gördü. Ərazi bütövlüyümüzü təmin etdi və bununla da xalqımızı daimi xoşbəxtliyə qovuşdurdu. Bütöv bir xalqın ləyaqətini və qürurunu özünə qaytararaq, bütün dünya qarşısında millətimizin başını ucaldaraq insanların ürəyində özünə əbədi məhəbbət heykəli ucaltdı.

Bu qələbə Ulu Öndərimiz Heydər Əliyev siyasətinin, onun layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevin və xalq-iqtidar birliyinin qələbəsidir! Həbib Misirov 2021-ci il 5 mart tarixində keçirilmiş YAP-ın VII Qurultayında qəbul edilmiş qərarlardan, həmin qərarlara əsasən yerli təşkilatın Əsasnaməsinə müvafiq olaraq yerlərdə ərazi partiya təşkilatlarının yenidən yaradılması və ya formalaşdırılması istiqamətində görüləcək işlərdən geniş bəhs etdi.

Yeni seçilən təşkilat sədrləri öz çıxışlarında YAP rəhbərlyinə təşəkkür edərək,hər zaman olduğu kimi gələcək fəaliyyətlərində də ölkə Prezidenti cənab İlham Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizin inkişafı naminə həyata keçirdiyi islahatların geniş şəkildə insanlar arasında təbliğ edəcəklərini bildirdilər. Yeni Azərbaycan Partiyasının fəaliyyətində aktiv iştirak edəcəklərini möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa çalışan aqressiv qüvvələrə qarşı kəskin mövqe bildirəcəklərini qeyd etdilər.

Hesabat seçki yığıncaqlarında ərazi partiya təşkilatları yenidən formalaşdırıldı.

Təhsil şöbəsi üzrə Namiq Rəcəbov sədr, İsmayıl Məhəmmədov müavin, Statistika idarəsi üzrə Ramil Salmanov sədr, Sərdar Əliyev isə müavin təyin edildilər.

Sonda Həbib Misirov yeni seçilən sədr və müavinləri, Partiyanın hər bir üzvünü Partiya fəaliyyətlərində görüləcək işlərdə, keçiriləcək tədbirlərdə, toplantılarda və aksiyalarda fəal olmağa çağırdı, onlara fəaliyyətlərində uğurlar arzuladı.

Qeyd edək ki, YAP Kəlbəcər rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi davam etdirilir.

Mehman
Xəbəri paylaş