Newscenter.az.17.02.2022 Fevral ayının 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağının keçirilməsi nəzərdə tutulub.
Akademiya Rəyasət Heyətinin Mətbuat xidmətinin rəhbəri Azadə Babayeva bildirib ki, hazırda yığıncaqda iştirak edəcək şəxslərin sayı dəqiqləşdirilir.
O qeyd edib ki, yekun saydan asılı olaraq Ümumi yığıncağın keçirilib-keçirilməsi ilə bağlı qərar veriləcək. Bundan sonra iclasın gündəliyi məlum olacaq.
Xatırladaq ki, AMEA-nın prezidenti Ramiz Mehdiyev fevralın 14-də istefa verəcəyini açıqlayıb. O, istefa ərizəsi yazıb.