Newscenter.az.17.02.2022. Azərbaycanda hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara olduqca həssas yanaşılır. Hətta bu xəstəlikdən əziyyət çəkən uşaqlar dövlət qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş ''Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı'' Dövlət Proqramının icrası yüksək səviyyədə davam etdirilir.
Newscenter.az xəbər verir ki, rReallaşdırılan və azyaşlı uşaqlara yardım məqsədi daşıyan, minlərlə insan üçün həyati əhəmiyyət kəsb edən könüllü qanvermə aksiyasına “Azəriqaz” İstehsalat Birliyi də hər zaman həssas yanaşır. Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə keçirilən tədbirdə qan vermək istəyən qaz təsərrüfatı işçilərini Mərkəzi Qan Bankının əməkdaşları müayinə etdikdən sonra qanvermə aksiyasına başlanılıb. Birliyin inzibati binasında rəhbər şəxslərin də iştirakı ilə keçirilən xeyriyyə aksiyasında 127 nəfər könüllü qan verib. Növbəti günlərdə Birliyin Təmir-Tikinti İdarəsi və Sumqayıt qaz istismarı Sahəsinin əməkdaşları da bu xeyirxah aksiyaya qoşulacaq. Qeyd edək ki, tədarük olunan qan və qandan hazırlanan preparatlar hemofiliyalı və talassemiyalı xəstələrin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.
Sevinc