Newscenter.az.17.02.2022. "Azərbaycan Milli Elmlər Akademiyası ətrafında baş verənlər bir ziyalı kimi məndə dərin təəssüf hissi doğurur. Bu gün bizim akademiklərimiz, elm adamlarımız elmi nailiyyətlər ortaya qoyub millətin gələcəyinə töhfələr vermək əvəzinə AMEA daxilində gedən çəkişmələrlə məşğuldurlar"
Newscenter.az xəbər verir ki, bu fikirlər sabiq millət vəkili yazıçı-publisist, tarixi romanlar müəllifi Cahangir Hüseynov səsləndirib. O bildirib ki, AMEA daxilində baş verənlər cəmiyyət tərəfindən də normal qarşılanmır:
"Bu gün bizim akademiklərimiz Azərbaycan elminə töhfələr verməli olduğu halda, belə daxili çəkişmələrin iştirakçısına çevriliblər. Mən hesab edirəm ki, bu məsələ AMEA daxilində həllini tapmalıdır. Onun rəhbərliyi, müxbir üzxvləri bir araya gəlib problemi həll etməlidirlər. Məgər hər bir məsələyə Cənab Prezident müdaxilə etməli, qarışmalıdır?".
Cahangir Hüseynov onu da deyib ki, zamanında AMEA-da mövcud olan qeyri-sağlam mühitdən dolayı bu qurumdan uzaqlaşıb:
"Belə hərəkətlərə görə zamanında AMEA-dan çıxdım"
Qeyd edək ki, sabiq millət vəkili həm sözügedən mövzu, həm də cəmiyyəti narahat edən digər mühüm məsələlər barədə kanal24.az-a müsahibə verib.